Sumqayıt şəhərində ağacəkmə aksiyası baş tutub. Sumqayıt24 bu barədə 23 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sumqayıtın 73 yaşı ilə əlaqədar olaraq təşkil olunan aksiya bulvar ərazisində keçirilib. Tədbirdə İH-nin müavinləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində 300 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.