Sumqayıt məktəbinin gənc müəllimi Almaniyada uğura imza atıb. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Həmin müəllim 38 nömrəli məktəbdə İnformatika fənnini tədris edən Gülnar Allahverdiyevadır. O, Avropa Təbiət Elmləri Akademiyasında “Elmi və texnoloji sahələrdə gördüyü işlərə görə” diplomuna layiq görülüb.