Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıtda yoxlamalar keçirib. Sumqayıt24 bu haqda 23 dekabr tarixində quruma istinadən xəbər verir.
Monitorinq nəticəsində aşağıdakı ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlanıb:
- "Qafqaz" kafesi (16-cı məhəllə) - Sanitar norma və qaydaların pozulması faktı. Bununla bağlı inzibati protokol tərtib olunub.
- "Xan Bağı" kafesi (9-cu mikrorayon) - Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı faktı. Bununla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.
Xatırladaq ki, bundan əvvəl aptek və marketin fəaliyyətində çatımazlıqlar müəyyən edilmişdir.