Sumqayıtda baş verən yol qəzası səbəbilə 04.01.2025-ci il tarixində saat 06:00 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin (STM) Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sumqayit24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, başın toxumasının əziyi diaqnozu təyin edilən 1961-ci il təvəllüdlü və sol baldırın əziyi diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Sol baldır sümüklərinin qapalı yerdəyişən sınığı diaqnozu təyin edilən 1980-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.