Sumqayıt Baş Gömrük İdarəsində iclas keçirilib. Sumqayıt24 bu haqda 4 fevral tarixində Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Görüşə 80-ə yaxın sahibkar və gömrük təmsilçiləri qatılıblar. Onlara “Şəxsi hesab vərəqəsi” elektron xidmətinin əhəmiyyətindən bəhs olunub. Komitənin mütəxəssisləri tərəfindən xidmətdən istifadə və onun üstünlüklərini əks etdirən geniş təqdimat nümayiş etdirilib. Bildirilib ki, pilot variantda istifadəyə verilən “Şəxsi hesab vərəqəsi”nə ölkə üzrə 170 sahibkarlıq subyekti qoşulub.
Sonda sahibkarların fikir və rəyləri öyrənilib, sualları isə ətraflı cavablandırılıb.