Sumqayıtda “SMM kanalları və istifadəsi” mövzusunda təlim keçiriləcək. Sumqayıt24 bu haqda 15 iyun tarixində Kiçik və Böyük Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Görüş KOB İnkişaf Mərkəzi tərəfindən təşkil ediləcək. Ekspert Fidan Cahangirli sahibkar və sahibkar olmaq istəyənlər üçün qeyd olunan mövzunun incəlikləri barədə geniş məlumat verəcək.
Ödənişsiz təlim 18 iyun saat 14:00-da baş tutacaq. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: (055) 209-30-75.