Sumqayıtda “Viral Marketinq” mövzusunda təlim keçiriləcək. Sumqayıt24 bu haqda 8 iyun tarixində Kiçik və Böyük Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.
Görüş KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunacaq. Mərkəzin eksperti Fidan Cahangirli sahibkar və potensial sahibkarlara qeyd olunan mövzu ilə bağlı ətraflı məlumat verəcək.
Ödənişsiz təlim 9 iyun saat 15:00-da baş tutacaq. Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: (055) 209-30-75.