Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən onlayn təlimlər keçirilib. Bu barədə 3 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Sahibkarlar üçün nəzərdə tutulmuş vebinarlardan biri “Sosial media kanalları”, digəri isə “Əlavə dəyər vergisinin uçotu” mövzularını əhatə edib. Çıxış edən ekspert iştirakçılara bu barədə ətraflı məlumat verib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.