Sumqayıtda “Satış texnikaları” mövzusunda təlim baş tutub. Bu barədə 18 avqust tarixində Sumqayıt24 xəbər verir.
KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkil etdiyi görüşdə ekspert tərəfindən satış strategiyaları, effektiv ünsiyyət bacarıqları və müştəri ilə davranış üsulları barədə iştirakçılara məlumat verilib. 7 sahibkarın qatıldığı təlimdə eyni zamanda müştəriyə qərar qəbulunda dəstək, məhsul üstünlüklərinin nümayişi və satış dövriyyəsini artırma yollarından söz açılıb.