Sumqayıtda “Biznes planın hazırlanması” mövzusunda təlim keçirilib. Sumqayıt24 bu haqda bu gün, 11 mart tarixində KOB İnkişaf Mərkəzinin yaydığı məlumata əsasən yazır.
Burada, KOBİM-in eksperti tərəfindən sahibkarlara bazar araşdırmasının aparılması, biznes planın məqsəd və istiqamətinin dəqiqləşdirilməsi, müəssisə idarəetməsinin planlaşdırılması, marketinq və maliyyə resurslarının təhlili barədə məlumat verilib.
Sonda, iştirakçıların mövzu ilə bağlı suallarına cavab verilib.