Sumqayıtlı şəhid ölümündən sonra medal ilə təltif edilib. Bu haqda bu gün, 25 iyun tarixində Sumqayıt24 President.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidi Abdulla Əhmədovun "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunması haqda sərəncam imzalayıb.
Abdullah Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. O, ailənin tək övladı idi.