Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil verilib.
Sumqayit24.az xəbər verir ki, bu mənzillərin bir qismi Sumqayıtda salınan yeni yaşayış komplekslərində yerləşir.
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 33 avtomobil verilib. Bununla da avtomobil təminatına olan növbə başa çatıb.