Sumqayıtda 1-ci Qarabağ müharibəsi şəhidi Bəhmən Mehdiyevin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Bu haqda bu gün, 9 may tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Tədbirdə şəhidin həyatından bəhs edən videoçarx təqdim edilib. Mədəniyyət evinin işçiləri və məktəb kollektivi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş edilib.
Bəhmən Mehdiyev 1961-ci il mayın 7-si Qubadlı rayonunun Göyərcik kəndində anadan olub. 1989-cu ildə Bəhmən Mehdiyevin atası Mehdi Mehdiyev ermənilər tərəfindən əsir götürülüb və 4 aydan sonra qətlə yetirilib. Bəhmən 1992-ci ilin oktyabr ayının 26-da döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Ölümündən sonra o, “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tədbir Qubadlı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı və Bəhmən Mehdiyev adına şəhər 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib.