Sumqayıtda şəhid İzzət Həmidovun doğum günü qeyd olunub. Sumqayıt24 bu haqda 24 fevral tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin 7a sinfinə şəhidimizin adı verilib. Açılış mərasimində İzzət Həmivodun doğmaları, qazilər və məktəbin kollektivi iştirak ediblər.
Akt zalında keçirilən tədbirdə müəllim və şagirdlərin hazırladıqları videoçarx nümayiş olunub. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndiriblər. Şəhidimizin döyüş yolundan söz açılıb.