Sumqayıtda şəhid Sirac Abışovun doğum günü ilə bağlı tədbir keçirilib. Bu barədə 30 avqust tarixində Qubadlı Rayon İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə iştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şəhidin ruhuna dualar oxunub. Vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib. Sonra çıxış edənlər şəhidin yaxınlarına başsağlığı veriblər və Sirac Abışov barədə xatirələrini bölüşüblər.