Şəhid kapitan Anar Heydərovun doğum günüdür. O, 1 iyun 1988-ci ildə Sumqayıtda anadan olub. Bu haqda Sumqayıt24 xəbər verir.
Aprel döyüşlərində də iştirak edən Anar, Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 3 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra o, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.