Bu gün şəhid leytenant Teymur Əzizovun doğum günüdür. O, 22 iyun 1987-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb.
Cəsur hərbçimiz Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda savaşıb. 6 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhadətə ucalıb.
Vəzifə borcunu şərəflə yerinə yetirən Teymur ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.