Sumqayıtlı mayor Taleh Kərimovun anım tədbiri keçiriləcək. Bu barədə 29 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Sabah saat 11:00-da Şəhidlər xiyabanında şəhidimizin ildönümü ilə əlaqədar məzarı ziyarət olunacaq. Tədbir “Büllur” mərasim evinin 2-ci mərtəbəsində davam edəcək. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, mayor Taleh Kərimov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 30 oktyabr 2020-ci ildə Qubadlıda şəhid olub.