Sumqayıtlı şəhid Orxan Rəhimlinin il mərasimi keçiriləcək. Bu haqda bu gün, 24 iyun tarixində Sumqayıt24 xəbər verir.
Mərasim 28 iyun saat 10:30-da Şəhidlər Xiyabanında başlayacaq, saat 11:30-da isə Səməd Vurğun küçəsində yerləşən Mirvari mərasim evində davam edəcək.
Orxan Rəhimli 2021-ci ildə Laçın rayonu ərazisində “Kamaz” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının azad olunmasında iştirak etmişdir.
Şəhidimiz "Laçının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.