Sumqayıt Bələdiyyəsinə yeni təyinat baş verib. Bu haqda 17 noyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Vətən müharibəsinin şəhidi Elnur Allahverdizadənin qardaşı Səbuhi Allahverdizadə qurumun mətbuat katibi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Elnur Allahverdizadə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.