Sumqayıtda “Bu gün sizin gününüzdür, uşaqlar!” adlı tədbir keçirilib. Bu haqda bu gün, 30 may tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbir həm Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, həm də Şuşa qartalı Qubad Əliyevin yadigarı Qubadın 1 yaşına həsr edilib.
Mərasimdə Dram Teatrının aktyorları Yalçın Səlimov və Məryəm Hüseynli istirak ediblər. “Şahinlər” və “Ayxan“ rəqs qruplarının çıxışları tədbirə rəngarənglik qatıb. Sonda şəhid əmanətlərinə kitab və müxtəlif hədiyyələr təqdim edilib.