Sumqayıtda şəhid və qazi övladları üçün tədbir keçirilib. Bu barədə 23 dekabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Bayram şənliyi Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsi və “SOCAR Polimer” tərəfindən təşkil olunub. Millət vəkili Hicran Hüseynova, bölmə rəhbəri Mətanət Məhərrəmova, icra nümayəndəsi Fərman Kazımov bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
“SOCAR Polimer”ə Təşəkkürnamə verilib. Musiqi Kollecinin kollektivi tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Müxtəlif personajlar balacaları sevindiriblər.
Sonda 138 şəhid və qazi övladına hədiyyələr verilib.