Sumqayıtda şəhid və qazi övladları üçün ustad dərsi keçirilib. Sumqayıt24 bu haqda Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Dövlət Rəsm Qalereyasında təşkil olunan dərs qalereyanın əməkdaşı Günel Hüseynova tərəfindən keçirilib. Burada uşaqlar gipsdən hazırlanan müxtəlif suvenirləri öz zövqlərinə uyğun şəkildə rəngləyib. Həmçinin şəhid anası Ruhiyyə Əhmədova da onlara qoşularaq öz bacarığını nümayiş etdirib.
Sonda direktor şəhid və qazi övladlarını, həmçinin Ruhiyyə xanımı Fəxri fərmanla təltif edib.