Sumqayıtda şəhid Sərxan Əliyevin 25 illiyi münasibətilə xatirə gecəsi keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
Tədbir "Şəhid Analarına Dəstək" İctimai Birliyi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil olunub. Xatirə gecəsində Sərxan Əliyevin oxuduğu “Təfəkkür” liseyinin şagird və müəllimləri, şəhid ailələri, şəhidin yaxınları, ədəbi mühitin nümayəndələri iştirak ediblər.