Sumqayıtlı şəhidin şəxsi əşyaları muzeydə nümayiş olunacaq. Sumqayıt24 bu haqda 30 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Vətən müharibəsi şəhidi Samir İslamovun ailəsi ona məxsus şəxsi əşyaları Sumqayıtın Tarixi Muzeyinə təqdim edib. Əmanətlər “Şəhidlər Qalereyası” zalında, buraya gələn ziyarətçilərə nümayiş olunacaq.
Qeyd olunub ki, sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplama işi davam etdirilir.