Sumqayıtda “Kapital Bank”ın şəhid əməkdaşının adını daşıyan filialının açılış mərasimi keçirilib. Sumqayıt24 bu barədə 16 noyabr tarixində Trend.az-a istinadən xəbər verir.
Şəhərin 3-cü mikrorayon, Sülh küçəsi, 33D ünvanında fəaliyyət göstərən filial “Kapital Bank”ın Vətən müharibəsi şəhidi olmuş əməkdaşı Fərhad Fərhadlının adını daşıyır.
Açılış mərasimində şəhidin ailə üzvləri, sözügedən bankın idarə heyətinin sədri Rövşən Allahverdiyev, Mərkəzi Bankın və şəhər İH-nin rəhbər şəxsləri iştirak ediblər. Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşüblər.
Fərhad 2020-ci il oktyabrın 20-si Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. [modula id="26999"]