Sumqayıtda “Əbədi məşəl” sönük qalıb. Bu haqda 3 avqust tarixində Sumqayıt24 xəbər verir.
Sözügedən məsələ Şəhidlər xiyabanını ziyarət edən bir çox şəhər sakininin diqqətini çəkib. Məlumata görə, məşəlin alovu ötən ilin noyabr ayında aparılan təmir işlərindən sonra yandırılmır. Ərazidə çalışanlardan bunun səbəblərini öyrənməyə çalışdıq, lakin hər kəs bixəbər olduğunu bildirdi.
Beləliklə də, “Əbədi məşəl”in yanmama səbəbi naməlum qalıb.