Sumqayıtda şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksinin açılış mərasimi keçirilib. Sumqayıt24 bu haqda 25 may tarixində xəbər verir.
Sakinlərin təşəbbüsü ilə tikilən kompleks 5-ci mikrorayon, bina 39-un önündə yerləşir. Burada, üzərində 15 şəhidin rəsmi əks olunan mərmər lövhə, həmçinin ehsan bulaqları var.
Tədbirdə şəhid ailələri və qazilər, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
[modula id="15594"]