Sumqayıt şəhərində abadlıq, təmir-tikinti işləri həyata keçirilib. Sumqayıt24 bu barədə 5 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
İşlər MKTİB-nin əməkdaşları tərəfindən aparılıb. Şəhərin Sahil küçəsində divarların və səki daşlarının rənglənməsinə başlanılıb. Küçə boyunca ağaclar ağardılıb.
47-ci məhəllədə sakinlər üçün oturacaqlar quraşdırılıb. 13-cü binanın girişləri təmir edilir. 41a məhəlləsində 4b nömrəli binanın 6 girişində təmir işlərinə başlanılıb. Həmçinin məhəllədə olan şəhid abidəsinin ətrafı da abadlaşdırılıb.