Sumqayıtda “Şahin” hərbi-idman oyununun Quba-Xaçmaz zona birinciliyi keçirilib. Bu haqda bu gün, 26 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, yarış Təbiət Elmləri Təmayüllü Gimnaziyanın idman meydançasında baş tutub. Yarışın nəticələrinə əsasən, Abşeron rayonunun komandası 1-ci, Xaçmaz rayon komandası 2-ci və Şabran rayon komandası 3-cü yerə layiq görülüblər.
Qalib komandalar Gənclər və İdman Nazirliyinin Fəxri fərmanları ilə təltif edilib.