Sumqayıt Tibb Mərkəzi məktəblərdə maarifləndirici tədbirlər keçirib. Bu haqda 6 oktyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
"Profilaktik peyvəndlər" və "Kəskin respirator xəstəliklər" mövzularını əhatə edən tədbirlər 31 nömrəli tam orta məktəbdə və "Təfəkkür" liseyində təşkil olunub.
4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, pediatrları Sevinc Abdullayeva, Nəsibə Fərhadova, Zəminə Sadıqova və Sevinc Hüseynova uşaqlarda profilaktik peyvəndin əhəmiyyəti ilə bağlı, eləcə də kəskin respirator xəstəliklər və onlardan qorunmaq yolları haqqında valideynlərə ətraflı məlumat veriblər.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.