Sumqayıtda qazi ziyarət edilib. Bu haqda 13 oktyabr tarixində Sumqayıt24 Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən məlumat verir.
3 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin şöbə müdiri Natiq Həsənov və əməkdaşları qazi Xəyal Quliyevi müalicə aldığı xəstəxanada ziyarət etdikdən sonra ailə üzvlərinə də baş çəkiblər.
Ziyarət zamanı Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən qazilərimizin səhhəti ilə yaxından maraqlanılıb və onlarla söhbət aparılıb.