Sumqayıt qrosmeysterinin atasına Prezidentin fərdi təqaüdü verilib. Sumqayıt24 bu barədə 30 dekabr tarixində President.az-a istinadən xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, şahmatçımız Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarova fərdi təqaüd verilib. O, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif olunub.