Sumqayıt Poeziya Evində “Dünya səndən gileyim var...” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Bu barədə Sumqayıt24 26 dekabr tarixində məlumat verir.
7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin pediatrı, şairə Səadət Salmanqızının kitabının təqdimat mərasimində ədəbi cəmiyyət nümayəndələri, tibb işçiləri və həkim-şairənin yaxınları iştirak ediblər. Tədbirdə şairənin həyat və yaradıcılığından danışılıb, ona uğurlar arzulanıb.
Qeyd edək ki, Səadət Salmanqızı 2003-cü ildən həkim kimi fəaliyyət göstərir və müxtəlif tibb müəssisələrində çalışıb.