Sumqayıtda keçirilən rəsm müsabiqəsinin nəticələri açıqlanıb. Bu haqda bu gün, 14 iyun tarixində Sumqayıt24 Uşaq Gənclər İnkişaf Mərkəzinə (UGİM) istinadən xəbər verir.
"Şairlər yurdu" adlı rəsm müsabiqəsində UGİM-in təsviri incəsənət dərnəyinin üzvləri iştirak edib. Qaliblərin mükafatandırılma mərasiminə şair, publisist, dramaturq, Qızıl qələm mükafatçısı Əvəz Lələdağ qatılıb. Gənc rəssamlara diplom və hədiyyələr təqdim edilib.
Sonda, hədiyyə olaraq, dərnəyinin rəhbəri Gülşən xanım tərəfindən şairə onun portreti təqdim olunub.