Sumqayıtda ağaclar “budanır”. Bu barədə 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər 15-ci məhəllə, Rəhman Qəhrəmanov küçəsində görülür. Aidiyyəti qurumun əməkdaşları tərəfindən bir neçə ağacın budaqları dibindən kəsilib.
Sakinlər aparılan bu “budama” işlərindən narazıdırlar. Onların sözlərinə görə, ağacların heç biri qurumamışdır. Həmçinin onlar bildiriblər ki, guya ağacların xeyrinə görülən işlər onların ciddi zədələnməsi ilə nəticələnib. [modula id="29284"]