Sumqayıt sakinlərini sərnişin avtobusları ilə bağlı daha bir məqam narahat edir. Sumqayıt24-ə bu haqda izləyicilər məlumat verib.
Yay fəslinin daxil olması, şəhərimizdə havanın gündən-günə isinməsinə baxmayaraq ictimai nəqliyyatda kondisionerlər çalışmır. Günün pik saatlarında sərnişin sıxlığı olduğundan, avtobuslarda yaranan xoşagəlməz vəziyyət daha da gəlizləşir.
Vətəndaşlar bu problemin çözülməsini istəyir.