Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov sakinləri səyyar qəbul edib. Bu haqda 25 fevral tarixində Sumqayıt24 İH-yə istinadən xəbər verir.
Şəhərin 4-cü mikrorayon ərazisində yerləşən şəhid Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə bir sıra qurum və təşkilatların məsul şəxsləri iştirak ediblər. Qəbula gələn sakinlərin qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Digər müraciətlərin həlli istiqamətində icra başçısı rəhbər şəxslərə tapşırıqlar verib.