Sumqayıtda mövcud olan avtobus problemi hələ də həllini tapmayıb. Bu səbəbdən oxucular Sumqayıt24-ə təkrar müraciət edib.
Sakinlərin sözlərinə görə, hər gün saat 21:00-dan sonra şəhərdaxili fəaliyyət göstərən bir çox ictimai nəqliyyat, o cümlədən Hacı Zeynalabdin qəsəbəsinə gedən 3 nömrəli və Ceyranbatan qəsəbəsi istiqamətində hərəkət edən 9 nömrəli avtobuslar “yoxa çıxır”. Bu vaxt işdən çıxan insanlar evlərinə ya taksi ilə, ya da ki piyada getməli olur.
Bu barədə aidiyyəti üzrə dəfələrlə müraciət ünvanlansa da, məsələ çözülməyib.