Sumqayıtda yerləşən 1 və 2 saylı "ASAN xidmət" mərkəzləri çalışmayacaq. Sumqayıt24 bu barədə 5 noyabr tarixində mərkəzə istinadən xəbər verir.
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 7, 8 və 9 noyabr tarixlərində "ASAN xidmət" mərkəzlərində qeyri-iş günləri olacaq. Vətəndaşlar noyabrın 10-dan mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.