Sumqayıtda gecə saatlarında kütləvi dava baş verib. Sumqayıt24 bu haqda 5 iyul tarixində News24.az-a istinadən xəbər verir.
Hadisə saat 23:00 radələrində, “Şam” restoranında qeydə alınıb. Burada istirahət edən Sirus, Babaxan, Zahid, Nicat, Əli adlı şəxslər və daha bir nəfər sərxoş halda dalaşmağa başlayıblar. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirib bölməyə apararkən onlar etiraz ediblər və nalayiq ifadələr işlədiblər.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə dostların hər biri 200 manat cərimə edilib və sərbəst buraxılıb.