Sumqayıtda sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər aparılıb. Bu haqda 28 fevral tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Yanvar-fevral ayları ərzində keçirilən yoxlama zamanı şəhərdə fəaliyyət göstərən istehsalat obyektində istehsalat, məişət və digər qarışıq tullantıların qalaqlanması, eləcə də Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsi ərazilərində heyvandarlıq təsərrüfatlarının fəaliyyəti zamanı yaranan çirkab sularının təmizlənmədən Samur-Abşeron magistral kanalına axıdılması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin “su obyektlərinin mühafizəsi qaydalarının pozulması” maddəsinin tələblərini pozduqlarına görə isə vətəndaşlar - T. Zamanov, F. Səfərov, N. Rüstəmov, Y. Vəliyev, Ş. Ələkbərov, Ç. Təhməzov və A. Bəylərov barəsində inzibati protokollar tərtib edilib.