Saray körpüsünün söküntü işləri ilə əlaqədar olaraq qatarların hərəkətində heç bir məhdudiyyət və ya fasilə olmayacaq.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Sumqayit24.az-ın göndərdiyi sorğuya cavab olaraq bildirib.
QSC əlavə edib ki, körpünün söküntüsü onun alt hissəsindən keçən dəmiryolu xəttində qatarların hərəkətinə təsir etməyəcək. Buna səbəb söküntü işlərinin qatarların hərəkət etmədiyi vaxtlarda aparılmasıdır. Qatarlar mövcud qrafikə uyğun olaraq hərəkət edəcəklər.