Saray qəsəbəsində üç avtomobilin iştirakı ilə qəza baş verib. Bu barədə 20 avqust tarixində Sumqayıt24 xəbər verir.
Hadisə qəsəbəni Sumqayıt şəhəri ilə birləşdirən körpünün yaxınlığında qeydə alınıb. “Hyundai” və “Opel” markalı minik avtomobilləri “Mercedes” markalı mikroavtobus ilə toqquşublar. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Qeyd edək ki, qəza səbəbindən yolda tıxac yaranıb. [modula id="20427"]