Saray qəsəbəsində sərgi keçirilib. Sumqayıt24 bu haqda 10 mart tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Tədbir M. Ələkbərov adına Saray qəsəbə 1 nömrəli məktəbdə təşkil olunub. Sərgi istedadlı şagirdlərin ərsəyə gətirdikləri "Yurdumuza bahar gəlir" mövzusunda əl işləri və rəsmlərindən ibarət olub.