Saray qəsəbə 2 saylı tam orta məktəbində tədbir keçirilib. Sumqayıt24 bu barədə 28 oktyabr tarixində DünyaTV Xəbər-ə istinadən məlumat verir.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutub. Şəhid ailələri və qazilərinin dəvət olunduğu toplantıda şagirdlərin ifasında şeirlər səslədirilib, kompozisiyalar nümayiş olunub. Sonda məktəblilərin hazırladığı sərgiyə baxış keçirilib. Həmçinin təhsil oçağının 5d sinifinə şəhid Hüseyn Nəcəfzadənin adını, musiqi otağına isə Tərlan Məmmədovun adı verilib.