Saray qəsəbəsində vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 30 oktyabr tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən məlumat verir.
Hadisə yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər 12-ci mərtəbədəki mənzilə eyvandan daxil olaraq halsız vəziyyətdə qalmış yaşlı sakini xilas ediblər.