Saray qəsəbəsində gənc oğlanı avtomobil vurub. Bu haqda bu gün, 24 fevral tarixində Report xəbər verib.
Məlumata əsasən, hadisə 29 yaşlı Amin Əliyev yolu keçmək istəyərkən baş verib. Əraziyə gələn təcili tibbi yardım yaralını xəstəxanaya çatdırıb. Ona döş qəfəsinin qapalı travması diaqnozu qoyulub.
Fakt araşdırılır.