Saray qəsəbə sakini dəm qazından zəhərlənib. Bu haqda bu gün, 3 mart tarixində "Report"-a istinadən xəbər veririk.
Məlumata əsasən, 37 yaşlı Firuzə Kərimova yaşadığı evdə dəm qazından zəhərlənib. Əraziyə cəlb edilən təcili tibbi yardım qadını xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.