Abşeron magistral su kanalının Saray qəsəbəsinə düşən hissəsində təmizlik işləri aparılır. Bu haqda AZƏRTAC-a istinadən xəbər veririk.
İşlər Suvarma Sistemləri İdarəsi tərəfindən görülür. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifovun verdiyi məlumata görə, kanal, növbəti suvarma mövsümünə hazırlıqla bağlı lildən və tullantılarından təmizlənir. O qeyd edib ki, mütəmadi olaraq görülən maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də tullantılar kanala atılır.